Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saatlıda koronavirus xəstəsi saxlanıldı

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, rayon sakini Rəhim Rzayev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Oxşar xəbərlər
OTACI