Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada COVID-19 xəstəsi saxlanıldı

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Quba rayonu Barlı kənd sakini Elşən Abdullayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

E.Abdullayev kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Həmin şəxs barəsində Quba RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI