logo
First slide

İlham Əliyevdən 13,6 milyonluq SƏRƏNCAM

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Press.az xəbər verir ki, sərəncamda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

- 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

- Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxşar xəbərlər
OTACI
OTACI