Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağda regional radio açacaq şirkətin adı məlum olub

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Qurumdan verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunubQarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

- "Real Təhlil İnformasiya Mərkəzi" MMC;

- "Caspian İnternational Broadcasting Company" MMC;

- "Balans Studiyası" MMC;

- "İNS ÇM" MMC;

- "İsti Press" MMC;

- "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;

- "ARB 24" MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Report

Oxşar xəbərlər
OTACI