Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FIFA iki ölkənin üzvlüyünü dayandırdı

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FIFA Şurasının Bürosu Çad və Pakistan Futbol Federasiyalarının üzvlüyünün dayandırlması ilə bağlı qərar verib.

Press.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Hökumətin futbola müdaxiləsi səbəbindən Çad Futbol Federasiyası bu cəzanı alıb. Hazırda Çad hökuməti futbolun müvəqqəti idarə olunması üçün milli komitə yaradıb və federasiyaya nəzarəti ələ keçirib.

FİFA-nın yaydığı açıqlamada bildirilir ki, hökumət geri addım atana qədər federasiyanın üzvlüyü bərpa olunmayacaq.

Pakistan Futbol Federasiyası isə üçüncü tərəfin müdaxiləsinə görə cəzalandırılıb. Məsələ ondadır ki, federasiyanı qiyamçı qrup ələ keçirib. Bu, FİFA-nın nizamnaməsinin pozulması deməkdir. Bir müddət əvvəl etirazçılar federasiyanın binasını zəbt edib. FİFA-nın tələbinə baxmayaraq, onlar geri çəkilməyib. Buna görə də qurum federasiyanın üzvlüyünü dayandırıb.

2017-ci ildə də federasiyanın işinə üçüncü tərəfin müdaxiləsi səbəindən Pakistanın üzvlüyü dayandırılmışdı.

Qeyd edək ki, bu sanksiya qüvvədə olduğu müddətdə Pakistan və Çad yığması, bu ölkənin klubları beynəlxalq yarışlarda iştirak edə bilməzlər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI