Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roys Levandovskinin rekordunu qırdı

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Borussiya"nın (Dortmund) futbolçusu Marko Roys klub rekorduna imza atıb.

Press.az xəbər verir ki, 31 yaşlı hücumçu buna ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə matçda (1:2) nail olub. O, görüşdə fərqlənməklə turnirdə vurduğu qolların sayını 18-ə çatdırıb.

Bununla da almaniyalı oyunçu "Borussiya"nın Çempionlar Liqasında ən çox qol vuran futbolçusu adını qazanıb. Əvvəlki rekord isə komandanın sabiq futbolçusu, hazırda "Bavariya"da çıxış edən Robert Levandovskiyə məxsus idi (17 qol).

Qeyd edək ki, Roys bu mövsüm bütün turnirlərdə 39 matçda 5 qol vurub və 11 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI