Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Valensiya"dan irqçiliyə etiraz - Video

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyanın “Valensiya” klubu bir neçə gün əvvəl irqçiliyə məruz qalan futbolçusu Muktar Diakabiyə dəstək nümayiş etdirib.

Press.az xəbər verir ki, komandanın növbəti məşqindən əvvəl klub prezidenti Anil Murti, baş məşqçi Xavi Qarsiya, məşqçilər heyəti və futbolçular irqçiliyə qarşı etiraz əlaməti olan poz veriblər.

Xatırladaq ki, La Liqanın 29-cu turunda keçirilən “Kadis” – “Valensiya” matçında meydan sahiblərinin müdafiəçisi Xuan Kala Diakabiyə qarşı irqçi ifadələr səsləndirib. Qvineyalı futbolçu mübahisədən sonra meydanı tərk edib. Diakabidən sonra “Valensiya” və “Kadis”in bütün futbolçuları paltardəyişmə otağına yollanıb. 10 dəqiqəlik fasilədən sonra hakim komandaları meydana çıxarıb. Diakabi isə əvəzlənib.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI