Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynalı jurnalist: “Azərbaycanlı həkimlər məni 7 günə sağaltdı” - VİDEO

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynalı jurnalist Evgenya Kitayban Vətən müharibəsindən sonra ölkəmizdə səfər etdiyi vaxt COVID-19 virusuna yoluxub. Onun Bakıda müalicə almasını və emzamiyyətinin necə keçdiyini soruşmaq üçün Baku TV-nin əməkdaşları onunla həmsöhbət olub. Ukraynalı jurnalist bildirdi ki, azərbaycanlı həkimlər onun müalicəsini yüksək səviyyədə apardılar və cəmi 7 gün sonra o sağlamlığına qovuşmuş oldu:

“Bakı yaxşı həkimləri ilə mənim yaddaşımda qaldı. Sizin həkimlər mənə doğmalarımı əvəz etdilər, çünki diqqətçil və nəzakətli davranırdılar. Deməli ezamiyyətimin bitməsi ərəfəsində, biz artıq Ukraynaya uçmalı idik. Və aeroportdan keçmək üçün COVID-19-a qarşı test verməli olduq. Mənim testim pozitiv çıxdı. Məni xəstəxanaya yerləşdirdilər. Dərhal müalicəyə başladılar. Məndə elə alındı ki, ilk günün simptomu kiçik hərarət oldu və məni dərhal xəstəxanaya yerləşdirdilər. Onlar məni 7 günə ayağa qaldırdılar”.

Oxşar xəbərlər
OTACI