logo
First slide

Akademik Musiqili Teatrın baletmeysteri mükafata layiq görüldü - Foto

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar artisti Emin Əliyev “İctimaifikir.az” xəbər portalının keçirdiyi sorğuya əsasən peşəkar rəqs layihələrinə, o cümlədən 2020-ci ildə Azərbaycanın II Qarabağ savaşındakı zəfərinə həsr olunmuş “Qalib əsgər” xoreoqrafiya kompozisiyasında məharət və yüksək bədii ruhla yaratdığı əsgər obrazına, eyni zamanda Azərbaycan milli xeroqrafiya sənətinin inkişafında göstərdiyi xidmətlərinə görə mükafatlandırılıb.

Press.az-ın məlumaına görə, o, “2021-ci ilin baletmeysteri” Fəxri diplomuna layiq görülüb.

Emin Əliyev ona bu mükafatı təqdim edən media qurumunun və Akademik Musiqili Teatrın rəhbərliyinə təşəkkürünü bildirib və fikirlərini bizimlə bölüşüb: “Qalib bir ölkənin vətəndaşı olaraq “Qalib əsgər” layihəsində iştirak etdiyimə, qalib əsgər obrazını canlandırdığıma görə özümü çox xoşbəxt hiss edirəm. Şanlı ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr bizi daha da ruhlandırdı. Bu kompozisiyadan sonra Akademik Musiqili Teatrın eyni yaradıcı heyəti ilə “Sarı gəlin” layihəmizi də təqdim etmişdik.

O da uğurla qarşılandı. Bütün bunlar bizə yaradıcılıq enerjisi verir. Bundan sonra da təmsil etdiyim teatrla birlikdə bir-birindən maraqlı layihələrdə böyük həvəslə iştirak edəcəyəm, mədəniyyətimizin inkişafında öz əməyimi əsirgəməyəcəyəm”.

Xatırladaq ki, təqdim olunduğu andan indiyə qədər televiziya kanallarında və sosial şəbəkələrdə maraqla qarşılanan “Qalib əsgər” layihəsinin ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Kompozisiyada görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən istifadə olunmuşdur.

Oxşar xəbərlər
OTACI
OTACI