Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadan Ermənistana qaçaq yolla tank stabilizatorunun göndərilməsinin qarşısı alınıb

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşları Ermənistana tankın ehtiyat hissələrinin göndərilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Ural Gömrük İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

“Hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator tankın idarə edilməsində istifadə olunur. Stabilizatoru Uralın cənubundan olan, Çelyabinsk vilayətinin sakini göndərib”, - məlumatda vurğulanıb.

Bildirilib ki, bu stabilizatorlar hərbi texnikalarda, o cümlədən “T-72” markalı tanklarda istifadə olunur.

Fakt üzrə cinayət işi başlayıb. Bu cinayətin cəzası 7 il həbs və ya 1 milyon rubladək cərimədir

Report

Oxşar xəbərlər
OTACI