Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən Xatirə İslamın toylarla bağlı qalmaqallı iddiasına - REAKSİYA

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyindən tanınmış müğənni Xatirə İslamın toyların gizli keçirilməsi iddiasına açıqlama verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, bununla bağlı nazirlikdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

"O cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin - toy, şənlik keçirmək, yas mərasimi təşkil etmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”, - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, Xatirə İslam sosial şəbəkə hesabında Azərbaycanda gün ərzində 500-dən çox gizli toy keçirildiyini yazıb:

"Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toylarına dəvət etməsinlər.

Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün".

Oxşar xəbərlər
OTACI