Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan Press.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Oxşar xəbərlər
OTACI