Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ETSN ağacların kəsilməsi ilə bağlı sənədləri Baş Prokurorluğa göndərib

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev Press.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin tikinti aparmaq məqsədilə hasara alındığı və 12 ağacın kökündən çıxarılaraq məhv edildiyi məlum olub.

O qeyd edib ki, araşdırma zamanı ərazinin Könül Hümmətlinin mülkiyyətində olduğu və ağacların kəsilməsi nəticəsində təbiətə 9 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Oxşar xəbərlər
OTACI