Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray" futbolçularını cəzalandırdı - Qərarlar

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray" rəhbərliyi komandanın Türkiyə Superliqasında ardıcıl xal itkilərindən sonra futbolçuları cəzalandırmağa qərar verib.

Press.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi oyunçulara mükafatları dayandırıb, məşq saatlarını dəyişdirilib. Sarı vərəqə və qırmızı vərəqə alaraq, komandanı azlıqda qoyan oyunçular cərimələnib. Ən böyük cərimə isə "Çaykur Rizəspor"la matçda (3:4) səhv edərək, cəzalı duruma düşən Markao və Kristian Luindamaya verilib.

Məşqçi heyətinin də razılığı ilə "Qalatasaray" rəhbərliyinin cəzaları və verdiyi yeni qərarlar aşağıda adları qeyd olunanlardır:

Cərimələr tətbiq olunub. Vərəqələr səbəbindən komandanı azlıqda qoyan oyunçular cərimələnəcək.

Ən çox cərimə  "Çaykur Rizəspor"la matçda (3:4) ciddi səhvlər edən və cəzalı duruma düşən Markao və Luindamaya veriləcək.

UEFA qaydalarına görə, maaşlar dayandırıla bilməz. Ancaq bütün mükafatların verilməsi bu mövsümün sonuna qədər dondurulub.

Bəzi oyunçulara mövsümün sonunadək oynamaq şansı verilməyəcək. Ancaq bu, rəsmi xarakter daşımır.

Florya təsislərində fövqaladə duruma keçid edilib. Məşq saatları dəyişdirilib. Futbolçular  səhər 9-dan axşam 5-ə qədər məşq edəcəklər.

Məşqçi heyətində bəzi dəyişikliklər ediləcək. Rəqibləri analiz etmək üçün yeni məşqçinin də gətirilməsi gündəmdədir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI