Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə evini tərk edən koronavirus xəstəsi saxlanılıb

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış İmişli rayon sakini Yadulla Qurbanov Lənbəran kəndi ərazisində müəyyən edilib.

Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı İmişli rayonuna geri qaytarılıb.

Oxşar xəbərlər
OTACI