Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

TƏBİB-dən həkimlərə və COVİD-19-a yoluxmuş şəxslərə MÜRACİƏT

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Əraziləri Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib.

TƏBİB-dən Press.az-a daxil olan məlumatda bildirilib ki, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir:

"Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik".

Həmin protokolları təqdim edirik:

https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Oxşar xəbərlər
OTACI