Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İndi də ikiqat mutasiyalı koronavirus tapıldı

06 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın San-Fransisko körfəzi bölgəsində ilk dəfə olaraq koronavirusun ikiqat mutasiyaya uğrayan Hindistan variantı - "ikiqat mutant" adlandırılan növ - aşkar edilib.

Press.az APA-ya istinadən xəbər verir ki, yerli "NBC Bay Area" telekanalının məlumatına görə, söhbət, çox güman ki, koronavirusun bu növünün ABŞ-da ilk qeydə alınmasından gedir.

Nəşr yazır ki, koronavirusun Hindistan variantına yoluxma halı Stenford Klinik Virusologiya Laboratoriyasının mütəxəssisləri tərəfindən təsdiqlənib. Laboratoriyanın rəhbəri Benjamin Pinski bildirib ki, daha yeddi nəfərin virusun bu variantına yoluxmasından şübhələndikləri üçün yoxlamalar aparılır və nəticələr bu həftə məlum olacaq.

Nəşrin yazdığına görə, daha əvvəl Hindistanda aşkar olunan "ikiqat mutant" ikiqat mutasiyaya malikdir, ancaq onun daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlılığı hələ ki dəqiqləşdirilməyib.

San-Fransiskoda Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Piter Çin-Honq narahatlıqla bildirir ki, Hindistanın Maharaştra əyalətində qeydə alınmış koronavirusa yoluxma hallarının 20%-ni təşkil etdiyi üçün bu variant daha yoluxucu ola bilər.

"Bu Hindistan variantı əvvəllər ayrı-ayrılıqda qeydə alınmış variantların eyni virusda cəmləşdiyi ikili mutasiyaya sahibdir", - Çin-Honq belə deyib.

Cənubi Afrika və Kaliforniya variantlarına qarşı peyvəndləmənin effektivliyi barədə təsdiqlənmiş məlumatları nəzərə alan mütəxəssis bu növə qarşı da peyvəndlərin effektivliyinə "nikbin" yanaşdığını qeyd edib.

Oxşar xəbərlər
OTACI