Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Milan" Mandzukiçlə bağlı qərarını verdi

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Milan"ın hücumçu Mario Mandzukiç yayda böyük ehtimalla İtaliya təmsilçisini tərk edəcək.

Press.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub 34 yaşlı hücumçu ilə bu mövsümün sonu başa çatacaq müqaviləni yeniləməməyə qərar verib.

Bildirilib ki, müqavilənin daha 1 illik artırılması hüququ var. Lakin "Milan"ın direktorları Paolo Maldini və Frederik Massarunun fikrincə, xorvatiyalı futbolçunun oyunu kluba uyğun deyil.

Qeyd edək ki, Mandzukiç bu ilin yanvarında azad agent olaraq "Milan"a keçib. Ancaq o, zədələr səbəbindən A Seriyasında cəmi 4 oyunda meydana çıxıb və qol vurmayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI