Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ daha iki şəxsi sanksiya siyahısından çıxardı

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşını keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən ötən ilin sentyabr ayında əlavə edildikləri sanksiya siyahısından çıxarıb.

Press.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, sanksiya siyahısından BCM-nin prokuroru Fatu Bensuda və BCM-nin şöbə rəisi Fakiso Moçoçoko çıxarılıb.

Xatırladaq ki, aprelin 2-si ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq edilmiş sanksiyaların ləğv edildiyini açıqlamışdı.

Oxşar xəbərlər
OTACI