Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü - FOTO

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov qəzaya düşüb.

Press.az pravda.az-a istinadən xəbər verir ki, qəza nəticəsində A.Abdulkərimov və ailə üzvləri yüngül xəsarət alıblar.

"Qazaxdan Bakıya 450 km yol qət edəsən, evə çatmağa 2 km qalmış "Kamaz"ın qəzəbinə tuş gələsən. Allahın rəhmi, sürücünün peşəkarlığı sayəsində güclə xilas olduq. Zalım oğlu üstümüzdən keçəcəkdi. Avtomobilimizə ciddi ziyan dəysə də, mən və ailə üzvlərim yüngül xəsarətlə qurtula bildik. Sualım isə yol polisinə və aidiyyatı qurumlaradır. Bu "Kamaz"ın günün-günorta çağı şəhərin mərkəzində nə ölümü var" - A.Kərimov bildirib.

Oxşar xəbərlər
OTACI