Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Ronaldo Azərbaycanla oyunda daha çox səhv etdi" - De Byazi

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"DÇ-2022-nin ilk iki oyununda texniki baxımdan özümüzdən güclü komandalara qarşı oynadıq. Onların güclü tərəflərini öyrənmişdik. Məhz bu səbəbdən daha çox müdafiəçi ilə çıxış edirdik. Bizim də şanslarımızın olacağını bilirdik. Yaranan şanslardan mütləq yararlanmaq lazım idi. Bu, hələ başlanğıcdır. Yolumuz uzundur".

Press.az xəbər verir ki, bu sözləri millimizin baş məşqşisi Canni De Byazi "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində müsahibəsində deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandanın hücum xəttində problem yoxdur: "Deyə bilmərik ki, biz təkcə penaltidən qol vururuq. Millətlər Liqasında Lüksemburqla oyunu xatırlamaq istəyirəm. Orada gözəl kombinasiyadan sonra Ramil Şeydayev fərqləndi. Belə epizodlarımız çox olub. Bəzən onların hamısından faydalana bilmirik. Başa düşmək lazımdır ki, hər hücumçunun müxtəlif vaxtlarda yaxşı və pis periodları olur. Belə onların hər zərbələri qolla nəticələnir, əksi baş verən zamanda fərqlənə bilmirlər. Bir az səbrli olmaq lazımdır. Yaxşı nəticələr gələcək. Portuqaliya və Serbiya ilə oyuna görə futbolçulardan razıyam. Hər iki görüşdə məğlub olduq, adətən belə olanda razı qalmıram. Amma rəqiblər çox güclü idi. Ümumilikdə yaxşı siqnallar gördük".

De Byazi hücumçu Əli Qurbani haqda da danışıb: "Qurbani bizim üçün önəmli futbolçudur. Hamı səhv edə bilər. Messi və Ronaldo da səhv edir. Bu hücumçularda olan şeydir. Düşünürəm ki, Ronaldo bizə qarşı daha çox səhv etdi və epizodları qaçırdı. Nəinki Əli Qurbani Serbiyaya qarşı. Əli Qurbani bizim üçün Mahir Emreli və Ramil Şeydayev qədər vacibdir. Demişə demişəm, yaxşı oynayırsansa, yığmanın qapısı sənin üçün daim açıqdır. Əsas olan bayrağa sevgidir. Ancaq bununla yaxşı nəticələr əldə edə bilərik".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI