Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin daha iki dəfə prezident seçilə bilər - Qanun imzalandı

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin dövlət başçısına yenidən iki müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanunu imzalayıb.

Press.az xəbər verir ki, sənəd Rusiyanın rəsmi hüquqi internet portalında dərc olunub. Sözügedən sənəddə seçkilərlə bağlı qanunvericilik Konstitusiyaya edilən düzəlişlərlə uyğunlaşdırılıb.

Təşəbbüsün müəllifləri millət vəkilləri Pavel Kraşennikov və Olqa Savastyanova, senator Andrey Klişas olub.

Qeyd edək ki, Rusiya Konstitusiyasına edilən dəyişikliyə əsasən, hazırkı prezidentin əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan o, yenidən daha 2 müddətə namizədliyini irəli sürə bilər. 

Oxşar xəbərlər
OTACI