Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkidə avtomobillər toqquşub - Xəsarət alan var

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Press.az-ın məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

//Report

Oxşar xəbərlər
OTACI