Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kür çayında batan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kür çayında batan şəxsin intihar etdiyi məlum olub.

Press.az-ın Report-a istinadən xəbərinə görə, Sabirabad rayon sakini İsfəndiyar Abbasov özünü Kür çayına atıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir.

Əlavə məlumat veriləcək.

13.15

Sabirabad rayon sakini Kür çayında batıb.

Bu barədə Press.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər
OTACI