Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə hərəkətdə olarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb.

B.Mürsəliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI