Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şabranda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini R.Ağamirzəyevə koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ev şəraitində müalicə təyin olunub və müalicə müddəti ərzində yaşayış yerini tərk etməməsi, qaydalara ciddi riayət etməsi tapşırılıb.

Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yoxlanılması zamanı isə həmin şəxsin qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

R.Ağamirzəyevin olduğu yer polis əməkdaşları tərəfindən qısa müddət ərazində müəyyənləşdirilib və o, yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI