Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus xəstəsi çayxanada saxlanıldı

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Press.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mehman Pərvanəyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi və rayon ərazisindəki çayxanalardan birində olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI