Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Axtarışda olan şəxsdə psixotrop maddə və döyüş sursatı aşkarlandı

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid, 12 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI