Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"UEFA və FİFA futbolçuları öldürür" - Qvardioladan etiraz

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyun qrafikinin sıxlığından şikayətənib.

Press.az xəbər verir ki, 49 yaşlı mütəxəssis goal.com-a açıqlamasında oyunçuların bu qrafikə tab gətirmək gücündə olmadıqlarını deyib:

"Oyunçular da insandır, maşın deyillər. Bilirəm ki, bəzi futbolçular hər matçda iştirak etmədikdə əsəbləşirlər. Amma bu, mümkün deyil. Əlbətdə, oynaya bilərlər, amma hamının istirahətə ehtiyacı var. UEFA və FİFA təqvim həddindən artıq sıx olduğundan futbolçuları öldürür. Mövsüm başlayandan bəri bir həftə belə istirahət etməmişik. Buna vaxt yoxdur. Həm zehni, həm də fiziki cəhətdən belə bir cədvələ tab gətirə biləcək oyunçu yoxdur. Bu, mümkün deyil".

Qeyd edək ki, "Mançester Siti" növbəti oyununu aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına qarşı keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI