Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada gizli işləyən kafe aşkarlandı, 7 nəfər cərimələndi

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan 6 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Oxşar xəbərlər
OTACI