Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev partlamamış hərbi sursatların təhlükəsindən DANIŞDI

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Goranboy, Tərtər, Ağcabədi əraziləri tam olaraq döyüş əraziləri deyildi. Biz o ərazilərdə müxtəlif təhlükə dərəcələrini müəyyənləşdirə bilərik. Bəzi ərazilərdə piyadalar və tank əleyhinə minalar var. Bu rayonlar təmas xəttindən uzaq ərazilərdir”.

Press.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə deyib.

“Minalardan əlavə partlamamış hərbi sursatlar problemimiz də var. Biz bunu Tərtər, Ağcabədi və başqa ərazilərdə müşahidə də edirik. Çünki ərazilərimiz erməni silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalırdı.

Həmin ərazidə torpaq yumşaqdırsa, hərbi sursat torpaqda qalır və gələcəkdə partlama ehtimalı var. Təəssüf ki, gələcək illərdə biz bununla rastlaşa bilərik”, - deyə H.Hacıyev bildirib.

Oxşar xəbərlər
OTACI