Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçayda restoranda nişan mərasimi keçirənlər cərimələndi

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Oxşar xəbərlər
OTACI