Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" yenidən liderliyə yüksəldi - Yenilənib

04 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Press.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib. Lider "Neftçi" gözlənilmədən evdə "Sumqayıt"a uduzub - 0:2. Komandalar arasında 2-ci turda "Neftçi"nin meydanında keçirilən görüş də "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. 

Digər görüşdə isə "Qəbələ" "Sabah"ın qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bununla da paytaxt təmsilçisi 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Günün maraqla gözlənilən son qarşılaşmasında isə 2-ci pillədə olan "Qarabağ" "Keşlə" ilə səfərdə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu nəticələrdən sonra xallarını 43-ə çatdıran "Qarabağ" "Neftçi"ni qabaqlayaraq liderliyə yüksəlib. "Neftçi" 42 xalla 2-cidir.

4 aprel (bazar)

18:30. “Keşlə” – “Qarabağ” - 1:1

Qollar: Rəhman Hacıyev, 7 (1:0), Patrik Andrade, 92-pen. (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov

“ASK Arena”

17:30. “Sabah” –“ Qəbələ” - 1:0

Qol: Ramil Şeydayev, 45+1

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

“Bank Respublika Arena”

16:30. “Neftçi” – “Sumqayıt” - 0:2

Qollar: Rəhim Sadıxov, 4 (0:1), 42 pen.(0:2)

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov

“Bakcell Arena”

3 aprel (şənbə)

“Səbail” – “Zirə” - 0:0

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI