Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hakerlər feysbukun banisi Mark Sukerberqin şəxsi məlumatlarını ələ keçirdi

04 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Feysbuk şirkətinin banisi Mark Sukerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbəkəyə sızıb.

Press.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti bildirib.

Daha əvvəl “Business Insider” nəşri bildirib ki, feysbukun 106 ölkədən istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri internetə sızıb. Nəşrin məlumatına görə, bu informasiyanı haker forumunda dərc ediblər.

ABŞ-dan olan 32 milyondan çox sosial şəbəkə istifadəçinin, Səudiyyə Ərəbistanından 28 milyondan çox istifadəçinin, həmçinin Rusiyadan demək olar, 10 milyondan çox şəxsin məlumatları ələ keçirilib. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.

Qəzet bildirib ki, Sukerberqin şəxsi məlumatlarının itkisinə diqqəti tvitter istifadəçilərindən biri yönəldib. O, öz hesabında feysbukun banisinin şəxsi məlumatlarının göstərildiyi skrinşotu paylaşıb.

"İtkiyə gəlincə, söhbət 533 milyon insanın şəxsi məlumatından gedir. İstehza doğuran budur ki, Mark Sukerberq də həmçinin onların arasındadır", - deyə bildirilir.

Feysbuk şirkəti və eyniadlı sosial şəbəkənin əsası 2004-cü ildə Mark Sukerberq tərəfindən qoyulub.

Oxşar xəbərlər
OTACI