Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeni qərar ali məktəblərə də aiddir? - Nazirlikdən açıqlama - VİDEO

04 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyi distant tədrisin daha adekvat olması üçün müxtəlif mexanizmlər tətbiq edir. Alətlər təkminləşib, təlimlər və metodlar nəticəsində müəllimlərin hazırlıq səviyyəsi yüksəlib.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, nazirlik prosesə ötən ildəkindən daha hazırlıqlıdır:

"Bu gün 1 milyondan artıq şagird və müəllim "Virtual məktəb" layihəsində iştirak edir. Distant təhsilin keyfiyyətinin artması üçün hər ay və hər gün təkminləşdirilmə işləri görülür. Bununla əlaqədar ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda kifayət qədər müsbət nəticələr əldə edilib".

C. Valehov onu da qeyd edib ki, ənənəvi tədrisin dayandırılması ilə bağlı qərarın universitetlər üçün tətbiqi nəzərdə tutulmayıb.

 

Oxşar xəbərlər
OTACI