Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kvaratsxeliyadan daha bir uğurlu oyun

04 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya uğurlu oyunlarını davam etdirir.

Press.az xəbər verir ki, 20 yaşlı futbolçu dünən Rusiya Premyer Liqasının 23-cü turunun matçında da fərqlənib. O, komandası "Rubin"in "Soçi"yə qarşı görüşündə (1:0) qələbə qolunun müəllifi olub (bu mövsüm Premyer Liqada 21 oyuna 4 qol, 4 qol ötürməsi).

Xviça meydana 46-cı dəqiqədə girib, 72-ci dəqiqə isə qol vurub. Bu qələbə sayəsində Kazan təmsilçisi 5-ci pilləyə yüksəlib.

Əlavə edək ki, bundan öncə Kvaratsxeliya DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan millisinin İspaniya (1:2) və Yunanıstanla (1:1) oyunlarında da rəqib qapısına yol tapıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI