logo
First slide

"Sprinter"lə karantini pozan şəxs cərimələndi

03 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan karantin rejimi çərçivəsində ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Sumqayıtdan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.

Abşeron rayon saki R.Həsənovun karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 18 sərnişinin olduğu müəyyən edilib.

Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Oxşar xəbərlər
OTACI
OTACI