Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bəlkə də futbolçular oyuna koronaviruslu çıxmışdılar" - Şenol Günəş

03 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yığmada çox sayda futbolçunun koronavirusa yoluxmasından danışıb.

Press.az "Ajansspor"a istinadən xəbər verir ki, jurnalistlərlə onlayn mətbuat konfrans keçirən 68 yaşlı mütəxəssis deyib:

"Ümumilikdə 6 dəfə koronavirus testindən keçdik. Futbolçulardan Latviya ilə matçdan əvvəl götürülən test nümunələri cavabları da neqativ çıxdı. Amma bəzi futbolçularda oyundan sonra götürülən test nümunələrinin cavabları pozitiv oldu. Bəlkə də matç vaxtı oyunçu koronavirus daşıyıcısı idi. Vida məsələsində olduğu kimi. Matçdan əvvəl test nümunələrinin cavabları neqativ olan futbolçularda oyundan sonra koronavirus aşkarlandı. Bütün şübhələrə son qoymaq üçün İspaniyada da testdən keçmişdik. Amma matçdan sonra Taylan Antalyalı, Emre Kılınç kimi bir çox oyunçunun koronavirusa yoluxduğunu öyrəndik. Ən başda İrfan Can Kahveci, Nazim və Zeki Çelikin koronavirus testlərinin nəticəsi müsbət olmuşdu. Bu üç futbolçu eyni qrupda idi. Cenk Tosuna gəldikdə isə, Latviya ilə oyundan əvvəl danışdıq. Matçda meydanda olmaq istədiyini dedi. Mən də onu oynatmağı planlaşdırırdım. Amma söhbətimizdən 2 saat sonra koronavirusa yoluxduğu məlum oldu. Ümilikdə komandadakı futbolçulardan cəmi birinə - Ozan Kabaka vaksin vurulmuşdu".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI