Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azad olunan ərazilərə keçən şəxslər saxlanıldı

03 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qubadlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI