Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaksinləşdirmə əhalinin 50 faizini əhatə etdikdən sonra... - Həkim rəyi

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVİD-19 virusuna qarşı vaksinləşdirmə əhalinin 50 faizini əhatə etdikdən sonra ölkə üzrə epidemik səviyyədə pik həddə yoluxma sayı ola bilməz. Sadəcə, endemik, yəni bölgələrdə yerli artımlar müşahidə edilə bilər.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 70 faizi vaksin olunmalıdır ki, mövcud epidemik vəziyyət sona çatsın:

"Bu rəqəmə hər zaman nail olmaq mümkün olmur. Amma minimal hədəf 50 faizi keçməkdir. Vaksinasiya prosesi tam başa çatana qədər biz ehtiyatı əldən verməməliyik. Əfsuslar olsun ki, virus 1-2 gündə çoxalaraq yoluxma sayında pik həddə çata bilər. Bunu nəzarət altına almaq zaman alır. Buna nəzarətin 1-2 gün ərzində təmin edilməsi mümkün deyil. Nəzərə alaq ki, bir saniyədə 5 xəstə virusa yoluxa bilər, amma 5 xəstənin müalicəsi 14-20 gün davam edə bilər. Şükür ki, hələ iki gün ərzində rəqəmlər iki dəfə qalxmır. Bu temp hələ müşahidə edilmir. Əldə olunan bu nəticəni saxlamaq üçün hər kəs son dərəcə məsuliyyətli olmalıdır".

Oxşar xəbərlər
OTACI