Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəmi 4 günə tarixi dəyişən igidlər... - VİDEO

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün "Aprel döyüşləri"nin başlanmasından 5 il ötür.

Press.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə  Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçiblər. Azərbaycan mövqeləri və yaşayış məntəqələri atəşə məruz qalıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnib.

"Aprel döyüşləri" nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Gülüstan, Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

Aprelin 5-də  Moskva şəhərində beynəlxalq qurumların müşahidəsi ilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında atəşkəs müqaviləsi imzalanıb.

Döyüşlər nəticəsində Ermənistan Ordusunun 560 hərbçisi məhv edilib, 500 hərbçi yaralanıb, 33 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib.

Erməni təxribati nəticəsində Azərbaycanda 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.

"Aprel döyüşləri"ndə şəhid olan polkovnik Vüqar Yusifov "Vətənə xidmətə görə" ordeni ilə, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucov "İgidliyə görə" medalı ilə, Ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotları- mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Bəkir İsmayılov "Azərbaycan bayrağı" ordeni ilə təltif ediliblər.

Polkovnik-leytenant Murad Mirzəyev və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Polkovnik Şükür Həmidov isə hələ o zaman sağikən bu ada layiq görülüb. Ş.Həmidov Vətən Müharibəsində şəhid olub.

 

Oxşar xəbərlər
OTACI