Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ANAMA: Şuşaya atılmış raket "İskəndər-M" kompleksinə aiddir

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

Press.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu, "İskəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket "İskəndər-M" kompleksinə aiddir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir".

Oxşar xəbərlər
OTACI