Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputatdan Ramiz Mehdiyevə ittihamlar

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin iclasında deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi tənqid edib.

Press. Az-ın məlumatına görə, E.Əliyev deyib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib.

“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb”, - deyə E.Əliyev əlavə edib.

Onun sözlərinə görə, R.Mehdiyev xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndini əlində rəhbər tutaraq işçiləri işdən azad edir.

“Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.

Oxşar xəbərlər
OTACI