Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SOCAR-da vakansiyalarla bağlı AÇIQLAMA

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“SOCAR-da sərbəstləşmə nəticəsində boşdayanmaya düşən əməkdaşlarımızın yerləşdirilmə prosesi yekunlaşdıqdan sonra yeni vakansiyaları görə biləcəyik”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İnsan resursları şöbəsinin rəisi Xəqani Bəşirov məlumat verib.

O bildirib ki, SOCAR-ın strukturuna daxil olan bütün qurumlara, o cümlədən “Azəriqaz” İB-yə işə qəbul şirkətin İnsan Resursları Departamenti tərəfindən müsabiqə yolu ilə həyata keçirilir:

“Birliyin strukturuna daxil olan qurumlardakı vakant yerlər barədə məlumatlar şirkət tərəfindən socar.az saytının “karyera” bölməsində yerləşdirilir. Hazırda SOCAR-ın strukturuna daxil olan qurumlarda sərbəstləşən işçilərin şirkətin digər müəssisələrindəki vakant yerlər üzrə bölüşdürülməsi prosesi gedir. Buna görə də sərbəstləşmə nəticəsində həyata keçirilən yerləşdirmə prosesi bitdikdən sonra socar.az saytının “karyera” bölməsində vətəndaşlarımız yenidən vakansiyaları görə biləcəklər. Lakin “Azəriqaz” İstehsalat Birliyinin vakansiyalarla bağlı dəqiq vaxt verməsi düzgün olmaz”.

Xəqani Bəşirov qeyd edib ki, hazırda “Azəriqaz”da 8 min 300-ə yaxın əməkdaş fəaliyyət göstərir. Onlardan 5 min nəfərdən yuxarı “fəhlə” kateqoriyasında, 3 min nəfərdən yuxarı olan hissəsi isə “qulluqçu” kateqoriyasında çalışırlar.

Oxşar xəbərlər
OTACI