Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Agentlik sədri: “Əlillik təyinatlarının kəsilməsi ilə bağlı müraciətlərin çoxu əsassızdır”

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ötən il əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq forma daxil olub”.

Press.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən cəmi 31 %-ə təyinat verilib.

Sədr qeyd edib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı müraciətlərin çoxu əsassızdır: “Araşdırmaların yekununda məlum olur ki, sadəcə təyin olunan müddət başa çatıb və yenidən aidiyyəti üzrə müraciət edilməlidir”.

Oxşar xəbərlər
OTACI