Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanın Baş Qərargah rəisi: "Atəşkəsə razılıq verməsəydik, vəziyyət daha acınacaqlı olacaqdı"

02 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistan həmin müharibədən (Aprel döyüşlərindən - red.) lazımi dərsləri çıxardı. Əks halda, növbəti, 44 günlük müharibənin tam fərqli yekunu və fərqli müddəti olardı”.

Press.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi vəziyyət daha acınacaqlı ola bilərdi: “Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Artak Davtyan deyib ki, apreldəki 4 günlük hərbi əməliyyatlar müharibə adlana bilməz.

Oxşar xəbərlər
OTACI