Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidlərin qaldırdığı bayrağı futbolçular endirdi - AFFA-nın rüsvayçılıq marafonu

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən DÇ-2022-nin Avropa zonasında üçüncü tura yekun vuruldu. 

Üzücü məqam odur ki, milli komandamız bu dəfə də yarışa uğursuz start verdi: 2 oyun, 2 məğlubiyyət. Düzü, bu bizim bir çoxumuz üçün gözlənilməz olmadı. Hələ üstəgəl bu rəsmi görüşlər arasında Canni de Byazinin futbolçuları Qətərlə yoxlama görüşündə də bizlərə məğlubiyyət acısı yaşadıblar (1:2). İndi bir çoxunuz deyəcəksiniz ki, Azərbaycan qrupun favoritlərinə - DÇ-2022-nin final mərhələsinə getməyə iddialı olan Portuqaliya (0:1) və Serbiyaya (1:2) uduzdu. Amma bu, heç nəyi dəyişə bilməz. Unutmayaq ki, ölkəmizdə futbolun ən ağır dönəmində, futbolçuların az pul qazandığı zamanlarda Azərbaycan milli komandası Portuqaliyadan 1, o vaxtkı adı ilə Serbiya və Çernaqoriyadan isə düz 4 xal almağı bacarıb. 

İndi əminəm ki, hər kəs özlüyündə oyunu təhlil edir, araşdırma aparır, subyektiv mövqeyini ortaya qoyur. Yox, mən nə araşdırma aparacam, nə də kiminsə oyununu təhlil edəcəm. Heç buna həvəsim də yoxdur. Mən sizə başqa şeydən, daha dəqiq desəm milli ruhdan danışacam. 

Bu gün biz qrupda axırıncı yerdəyik. Düzünü desəm, milli komandamız artıq bizləri bu hala öyrədib. Yəni, bunda qeyri-adi heç nə yoxdur. 44 günlük "Vətən müharibəsi"dən sonra həm hərbi, həm iqtisadi sahədə qarşımızda çökmüş Ermənistan isə futbolda qrupun lideridir – 3 oyun, 3 qələbə. Bir sözlə 100% lik bir nəticə. Özü də təsəvvür edin, dördqat Dünya Çempionu olan Almaniyanın yer aldığı qrupda! Ermənistanın Futbol Federasiyasının büdcəsi xarici yardımlar hesabına 4 milyon avro ancaq təşkil edir, AFFA-nın illik büdcəsi isə dövlət qurumu SOCAR-ın hesabına formalaşdırılıb və 20 milyon manatdan çoxdur. 

Milli komanda milli ruh deməkdir. Əgər bu gün üzərində üçrəngli, ay- ulduzlu bayrağımız olan milli formanı geyinən bir futbolçu hamının qarşısında sosial şəbəkədə erməni dostunun təbrikinə "çox sağ ol, dostum" deyəcəksə, o zaman biz hansı ruhdan danışa bilərik ki? Ay erməniyə dost deyən, unutma ki, Azərbaycanın igid oğulları sənin formanın üzərində daşıdığın bayraq uğrunda şəhid olublar. 

Bütün bunlar da əsas verir ki, papağımızı qabağımıza qoyub yaxşıca fikirləşməliyik. Nə qədər ki, bizim AFFA-nın məşqçilər kömitəsində yer alan, vatilə millimizə "başçı"lıq edən Şahin müəllim millimizin minimal hesabla məğlub olmasını, Belçikanın Belərusa 8, Hollandiya Cəbəllütariqə 7 qol vurması ilə müqaisə edib, bunu yaxşı nəticə olmasını deyəcəksə o zaman bizim futbolumuz da inkişaf etməyəcək. Yerimiz də sonuncu pilllə, Cəbllütariq, Andorra, San Marino və Lixtenşteynin – bizim kimi sıfır xal toplayanların yanı olacaq.

Orxan Hacı / Press.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI