Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“O fotodakı mənim oğlum deyil” - Şəhid atası

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün sosial şəbəkələrdə 18 yaşlı şəhidə aid olduğu deyilən foto müzakirələrə səbəb olub. Onun gənc yaşında Vətən uğrunda canından keçməsi, gözlərindəki məyusluq mövzunu daha təsirli edib.

Məlumatda iddia edilib ki, həmin şəhid Elvin Quliyev adlı əsgərdir və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Fotoya əlavə edilmiş şərhdə valideynlərinin də şəhidin ictimaiyyətə tanıdılmasına çağırış etdiyi vurğulanıb.

Press.az xəbər verir ki, “qafqazinfo” yayılmış fotoyla bağlı kiçik araşdırma aparıb. Həmin fotodakı şəxsin şəhid Elvin Quliyev olmadığı məlum olub. Belə ki, Müdafiə Nazirliyinin də şəhid hərbi qulluqçularla bağlı yaydığı siyahıda 18 yaşında, Elvin Quliyev adlı şəhid yoxdur. Sözügedən adda yalnız bir şəhid var ki, o da 2001-ci il təvəllüdlüdür.

Sosial şəbəkələrdə yayılan, şəhid olduğu iddia edilən şəxsin fotosu:

Rəsmi siyahıda adı olan şəhid əsgər Elvin Amil oğlu Quliyev 2001-ci il iyulun 24-də Daşkəsən rayonu Əhmədli kəndində anadan olub.

Daha sonra 20 yaşlı şəhid Elvin Quliyevin ailəsi ilə əlaqə saxlanılıb. Şəhidin atası Amil Quliyev sözügedən fotonun oğluna məxsus olmadığını təsdiqləyib: “Mənim oğlum Bakıda hərbi hissələrin birində qulluq edirdi. Əsgərlikdən gəlməyinə 3 ay qalmışdı. Müharibə başlayanda o da yollanıb. Elə müharibənin ilk günlərində şəhid olub. Oktyabrın 2-də onu rayonun Şəhidlər Xiyabanında dəfn etmişik. Elvin Şuşada şəhid olmayıb.

5 övladım var. 3-ü oğlan, 2-si isə qızdır. Oğlanlarımdan biri şəhid oldu. O, kənddə nümunəvi oğlanlardan biri idi. Hər kəs də bunu təsdiqləyə bilər. Son danışığımızda bizə onun hara aparıldığını demədi. Sadəcə hiss etdik ki, müharibəyə gedir”.

A.Quliyev hazırda yaşadıqları evin şəraitsiz olduğunu da qeyd edib: "Qaldığımız ev çox pis vəziyyətdədir. Bundan başqa, oğlumu itirəndən sonra sosial vəziyyətimizlə bağlı da sıxıntılar yaşayırıq. 3-4 baş heyvanım var, onunla da dolana bilmirik”.

Oxşar xəbərlər
OTACI