Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

OPEC+ neft hasilatının maydan tədricən bərpa olunması barədə razılığa gəlib

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

OPEC+ ölkələrinin nazirləri may ayından etibarən neft hasilatının bərpasına başlamaqla bağlı razılığa gəliblər.

Press.az xəbər verir ki, bu barədə TASS-a OPEC-dəki mənbə məlumat verib.

“Bəli, artım olması ilə bağlı razılığa gəldik, o, tədricən olacaq”, - mənbə həcm göstərmədən deyib. Söhbət may-iyul ayları arasındakı dövrdən gedir.

Daha sonra nazirlərin danışıqlarına qatılan iki mənbə OPEC+ ölkələrinin may-iyul aylarında gündəlik neft hasilatını 1,14 milyon barel həcmində bərpa edə biləcəklərini söyləyib. Onların məlumatına görə, may və iyun aylarında gündəlik artım 350 min barel, iyulda isə gündəlik 441 min barel olacaq. Səudiyyə Ərəbistanı da may ayından etibarən könüllü hasilat ixtisarını yumşaldacaq.

Oxşar xəbərlər
OTACI