Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskvada Ceyhun Bayramovun Sergey Lavrov ilə görüşü olub

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI